LAYİHƏLƏRƏ KEÇ

CRESCENT DEVELOPMENT PROJECT

SİFARİŞÇİ
Gilan Holdinq
BAŞ PODRATÇI
AECOM şirkəti
GÖRÜLMÜŞ İŞLƏR
Payaların qazma üsulu ilə tikintisi

Bu, mehmanxanadan (hündürlüyü – 166m/mərtəbələrin sayı – 36), biznes mərkəzindən (hündürlüyü – 203 m/mərtəbələrin sayı- 43), pərakəndə ticarət mərkəzi və yaşayış binasından (hündürlüyü – 170 m, mərtəbələrin sayı – 32) ibarət olan çoxfunksiyalı bir layihədir. Bu layihə çərçivəsində bizim şirkətimiz diametri 1000-2000 mm uzunluğu isə 28-76 m arasında olan 1500 ədəd dəmir beton paya tikmişdir. Diametri 2000 mm olan payaların əsas hissəsi qurudulmuş sahədə mehmanxananın özülü üçün inşa edilən süni adada tikilmişdir.  Payalar üçün quyuların qazılması Bauer BG40 və BG50 qazma qurğuları vasitəsilə həyata keçirilmişdir. Paya quyuları bentonit-barit qazma məhlulundan istifadə etməklə qazılmışdır.