YARANMA TARİXÇƏSİ

“Lotos Co. LTD” şirkəti “Gilan Holdinq” və “MKT” şirkətinin iştirakı ilə 1995-ci ildə Bakıda təsis edilmişdir. Təsisdən sonrakı ilk illər şirkət müxtəlif işgüzar fəaliyyətlə məşğul olmuşdur, 2006-cı ildə isə onun tikinti bölməsi uğurla fəaliyyətə başladı. “Lotos Co. LTD” şirkəti payaların qazma üsulu ilə tikilməsi, şırnaqlı sementləmə, şpunt vurma, anker quraşdırma və torpaq qazma işlərində ixtisaslaşır. Təsis edildiyi andan etibarən şirkətimiz qiyməti 500000-dən 50 000000 ABŞ dollarına qədər olan bir çox layihə həyata keçirmişdir.

Paya tikmə işləri:

Şirkət diametri 4500 mm, uzunluğu isə 105 m qədər olan payaların tikilməsi ilə məşğul olur (qruntun strukturundan asılı olaraq paya quyuların qazılması qazma məhlulu ilə aparıla bilər).

Şırnaq üsulu ilə sementləmə (cet-qrautinq):

Şirkət şırnaq üsulu ilə sementləmə işləri ilə məşğul olur; sementləmə 450 bara qədər təzyiq altında aparılır (cet-qrautinq I, II və III).

Anker quraşdırma işləri:

Şirkət 100 t dartılma gərginliyinə davam gətirən qrunt ankerlərinin 50 m qədər dərinliyə quraşdırılması ilə məşğul olur.

Quruda və dənizdə şpunt işləri:

Şirkət müxtəlif növ şpuntların 30 m qədər dərinliyə vurulması ilə məşğul olur.

Torpaq qazma işləri:

Şirkət hər növ qrunt şəraitində 40 m qədər dərinliyə torpaq qazma işləri ilə məşğul olur.

Sınaqların aparılması:

Şirkət aşağıdakı sınaq növlərini aparır: payaların bütövlük sınaqları, quyular arası ultrasəs sınaqları, Osterberq qurğusu ilə 8000 t qədər yükləmə sınaqları (O-hücrəsi), payaların vertikallıq sınaqları (Jan Luts metodu ilə), statik oxu yükləmə sınaqları (2000 t qədər).

STRUKTUR

QASIMOV AZƏR KAMAL OĞLU
PREZİDENT

C-b A.Qasımov Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1982). Şirkətdə 2002-ci ildən işləyir. 2011-ci ildə c-b A.Qasımov Lotos Co. LTD şirkətinin prezidenti təyin olunmuşdur.

azer.gasimov@lotos.com.az
HEYDƏROV RƏSUL FEYZULLA OĞLU
TİKİNTİ ÜZRƏ BAŞ MENECER

C-b R.Heydərov Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur (1972). Ali təhsilini başa vurduqdan sonra c-b R.Heydərov keçmiş Sovet İttifaqının bir sıra dövlət əhəmiyyətli tikinti layihəsində işləmişdir. 2006-cı ildən etibarən c-b R.Heydərov şirkətin tikinti bölməsinə rəhbərlik edir.

rasul.heydarov@lotos.com.az
MUSTAFAYEV İLHAM ƏLƏKBƏR OĞLU
BAŞ MÜHASİB

C-b İ.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur (1983). Şirkətdə 2002-ci ildən işləyir.

ilham.mustafayev@lotos.com.az

TƏRƏFDAŞLAR

PODRATÇI TƏŞKİLATLAR
İSTEHSALÇILAR