BG 50 qurğusu şirkətimizin sərəncamında olan ən güclü qazma qurğusudur. Bu qurğu diametri 4500 mm, uzunluğu isə 105 m olan payalar üçün quyuların qazılması üçün nəzərdə tutulmuşdur.
Bu qurğunun güclü aqreqatı ən çətin qrunt şəraitində həm qoruyucu boru kəmərlə, həm də kəmərsiz quyular qazmağa imkan verir. Dünyada cəmi 4 belə növ qurğu var və onlardan biri bizim şirkətə məxsusdur. Şirkətimiz bu BG 50 qurğusunu Bakıdakı Crescent Development layihəsinin həyata keçirilməsi ərəfəsində satın almışdır.