“Lotos Co. LTD” şirkəti “Gilan Holdinq” və “MKT” şirkətinin iştirakı ilə 1995-ci ildə Bakıda təsis edilmişdir. Təsisdən sonrakı ilk illər şirkət müxtəlif işgüzar fəaliyyətlə məşğul olmuşdur, 2006-cı ildə isə onun tikinti bölməsi uğurla fəaliyyətə başladı. “Lotos Co. LTD” şirkəti payaların qazma üsulu ilə tikilməsi, şırnaqlı sementləmə, şpunt vurma, anker quraşdırma və torpaq qazma işlərində ixtisaslaşır. Təsis edildiyi andan etibarən şirkətimiz qiyməti 500000-dən 50 000000 ABŞ dollarına qədər olan bir çox layihə həyata keçirmişdir.
Şirkət diametri 4500 mm, uzunluğu isə 105 m qədər olan payaların tikilməsi ilə məşğul olur (qruntun strukturundan asılı olaraq paya quyuların qazılması qazma məhlulu ilə aparıla bilər).
Şirkət şırnaq üsulu ilə sementləmə işləri ilə məşğul olur; sementləmə 450 bara qədər təzyiq altında aparılır (cet-qrautinq I, II və III).
Şirkət 100 t dartılma gərginliyinə davam gətirən qrunt ankerlərinin 50 m qədər dərinliyə quraşdırılması ilə məşğul olur.
Şirkət müxtəlif növ şpuntların 30 m qədər dərinliyə vurulması ilə məşğul olur.
Şirkət hər növ qrunt şəraitində 40 m qədər dərinliyə torpaq qazma işləri ilə məşğul olur.
Şirkət aşağıdakı sınaq növlərini aparır: payaların bütövlük sınaqları, quyular arası ultrasəs sınaqları, Osterberq qurğusu ilə 8000 t qədər yükləmə sınaqları (O-hücrəsi), payaların vertikallıq sınaqları (Jan Luts metodu ilə), statik oxu yükləmə sınaqları (2000 t qədər).
C-b İ.Əliyev Naxçıvan Dövlət Universitetinin məzunudur (1992). Şirkətdə 2002-ci ildən işləyir. 2020-ci ildə c-b İ.Əliyev Lotos Co. LTD şirkətinin prezidenti təyin olunmuşdur.
C-b R.Heydərov Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur (1972). Ali təhsilini başa vurduqdan sonra c-b R.Heydərov keçmiş Sovet İttifaqının bir sıra dövlət əhəmiyyətli tikinti layihəsində işləmişdir. 2006-cı ildən etibarən c-b R.Heydərov şirkətin tikinti bölməsinə rəhbərlik edir.
lotos-fffk@mail.ruC-b İ.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur (1983). Şirkətdə 2002-ci ildən işləyir.
ilham.mustafayev@lotos.com.azC-b S.Əliyev The University of Wollongong-un məzunudur (2017). Şirkətdə 2018-ci ildən işləyir.
s.aliyev.lotos.co@gmail.com