Bizim şirkətimiz paya tikmə işləri sahəsində Azərbaycanda aparıcı podratçı şirkətdir. Sərəncamımızda olan geniş qazma qurğuları arsenalı bizə müxtəlif ölçülü payalar tikməyə imkan verir. Belə ki, biz diametri 750 – 4500 mm, uzunluğu isə 105 m qədər olan payalar tikmək imkanına malikik. Qrunt şəraitindən asılı olaraq biz istər qoruyucu boru kəməri ilə, istərsə də kəmərsiz, ossilyatorla və ya quyu divarlarının uçulmasının qarşısını almaq üçün xüsusi qazma məhlulundan istifadə etməklə müxtəlif paya quyuları qaza bilirik.
Ən müasir və qabaqcıl avadanlıqdan istifadə etməklə bizim istehsalat kollektivi və maşın-mexanizm parkı hər növ qrunt şəraitində ən çətin tapşırıqların öhdəsindən gələ bilir. Paya tikmə işləri məfhumu “qrunt içində divar” (özülün bir növüdür) və biri-birinə birləşdirilmiş payalardan ibarət divarları da əhatə edir.
Şırnaq üsulu ilə sementləmə qruntun yeraltı qatlarını möhkəmləndirməyə imkan verir. Belə ki, sabit sürətlə fırlanan sementləmə aləti qruntun emal ediləcək sahəsinə lazımı dərinliyə yeridilir və buraya təzyiq altında sement məhlulu verilir. Təzyiqli məhlul ətrafdakı qruntu aşındıraraq şurfun alt nöqtəsindən ağzına qədər sement-qrunt qarışığından ibarət bir sütun formalaşdırır. Belə sementləmə qruntdakı istənilən boşluqları və ya çatları doldurur və beləliklə də zəif qruntu kipləşdirir.
Anker troslarından dayaq divarlarının sabitliyinin möhkəmləndirilməsi, dərinlikdəki qrunt uçulmalarının önlənməsi və qrunt eroziyasına nəzarətin təmin edilməsi üçün istifadə olunur. Şirkətimizin sərəncamında olan avadanlıq 100 t dartılma gərginliyinə davam gətirən ankerləri quraşdırmaq üçün qruntu 50 m qədər dərinliyə qazımaq imkanı verir.
Qruntun içində arasıkəsilməyən baryer yaratmaq üçün istifadə olunan şpunt divarları qrunta vurulan müxtəlif profilli metal təbəqələrdən ibarət şpunt payalarından tikilir; belə payalar aralarında paya qıfılları ilə birləşdirilir. Əsasən şpunt payalarından daimi işlər aparılacaq sahələrin ətrafında dayaq divarları və kofferdamlar tikilir.
Layihə sahələrinin gələcək paya tikmə işləri və digər tikinti fəaliyyəti üçün hazırlanması çərçivəsində biz, eləcə də torpaq qazma işləri yerinə yetiririk. Torpaq qazma işləri zamanı adətən qruntun müəyyən edilmiş səviyyələrə qədər qazılıb çıxarılması və ağır texnikanın fəaliyyəti üçün qruntdan sabit işçi meydançalarının formalaşdırılması həyata keçirilir. Layihə sahələrində ehtimal edilən qrunt subasmalarının aradan qaldırılması üçün şirkətimizin sərəncamında su basmış sahələrin qurudulmasında istifadə olunan əlavə avadanlıq vardır.
İşlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair öhdəliklər çərçivəsində şirkətimiz bütün zəruri sınaqları keçirmək iqtidarındadır. Həmin sınaqlar zamanı biz ən müasir qabaqcıl sınaq avadanlığından istifadə edirik. Belə ki, payaların bütövlük sınaqları və quyular arası ultrasəs sınaqları zamanı istifadə olunan avadanlıq PileTest LTD şirkəti tərəfindən təchiz edilmişdir. Osterberq qurğuları (O-Cell) ilə 8000 t qədər təzyiq altında aparılan yüklənmə sınaqları və 2200 t qədər statik oxu yükləmə sınaqları şirkətimizin öz mühəndis kollektivi tərəfindən aparılır. Payaların vertikal xətdən kənara çıxma sınaqları qazma qurğularımızda quraşdırılmış NÖC vasitəsilə və eləcə də Jan Luts metodu ilə aparılan sınaqlar üçün xüsusi olaraq quraşdırılmış avadanlıq (Jean Lutz equipment) vasitəsilə aparılır.